haberL haberR

Ərdoğanın qaldığı otelə hücum etmiş 37 hərbçidən 36-ı tutulub

Kateqoriya: Dünya Yayımlama tarixi: 01.08.2016 18:27:25

Onların otelin tutulması üzrə əməliyyatdakı iştirakları könüllü olub.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə hökuməti çevrilişə cəhd zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə olduğu otelə hücum etmiş 37 hərbi qulluqçudan 36-ı tutulub. Bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bildirib.

“Türkiyə prezidentinin qaldığı otelə təşkil edilmiş hücumda iştirak etmiş 37 hərbçidən 36-ı tutulub. Daha 11 nəfər tutulub. Bir kiçik zabitin axtarışı davam etməkdədir. Onların otelin tutulması üzrə əməliyyatdakı iştirakları könüllü olub.”, – deyə Kurtulmuş bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.