Ərdoğanla Obamanın görüş yeri açıqlandı

ABŞ prezidenti Barak Obama və Türkiyə lideri Rəcəp Tayyip Ərdoğan arasında ikitərəfli danışqılar gələn ay Çində keçirilən G20 sammitində yer alacaq. Bizimyol.info “Reuters” agentliyinə istinadən xəbər verir ki, sentyabrın 4-5-də keçiriləcək bu tədbir zamanı Obamanın Vladimir Putinlə də qeyri-rəsmi görüşü ola bilər. Bu barədə agentliyə Ağ Evdən xəbər verilib. Məlumatda daha sonra bildirilir ki, Obama Ərdoğandan Türkiyədə baş vermiş iyul çevriliş cəhdindən sonra ölkədəki vəziyyət barədə məlumat alacaq.
Milli təhlükəslzik müşaviri Ben Rodes müxbirlərə deyib ki, bu görüşdə habelə İslam Dövləti adlandırılan qrupa qarşı mübarizənin vəziyyəti və Suriyada sülhün perspektivləri kimi məsələlər müzakirə olunacaq. Ağ Ev bildirib ki, Vaşinqton Türkiyənin Suriyanın şimalındakı kürd birləşmələrinə qarşı hücumlarından narazıdır. Son xəbərlərə görə Türkiyə ordusu ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri üzərinə hücum əməliyyatları keçirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.