haberL haberR

Ərəb Dövlətləri Liqası Səudiyyənin təzyiqinə boyun əyərək Hizbullahı terrorçu təşkilat kimi tanıdı

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.03.2016 22:34:34

Livan Hizbullahı Səudiyyənin bu təşəbbüsünü Suriya və Yəməndəki məğlubiyyətilə əlaqələndirib

İslamazeri.az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə və Bəhreynin vəhhabi hökümətlərindən sonra, Ərəb Dövlətləri Liqası  ərəb xalqlarının rəyinin əleyhinə olaraq Livan Hizbullahını terrorçu təşkilatların siyahısına salıb. Ərəb ölkələrinin bu qərara əsasən hansı addım atacağı isə bildirilməyib. Toplantı Misir paytaxtında keçirilib. Səsvermədə Livan və İraq səsverməyə qarşı çıxıb.

Qeyd edək ki, Livan Hizbullahı Səudiyyənin bu təşəbbüsünü Suriya və Yəməndəki məğlubiyyətilə əlaqələndirib.

Ərəb Dövlətləri Liqası — ərəb dövlətlərinin beynəlxalq təşkilatı sayılır. Hal-hazırda təşkilata 22 dövlət daxildir.

Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır.  Hazırda Yəmən və Suriyanın bu qurumda təmsilçisi yoxdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.