haberL haberR

İmam Cümə: "Hizbullah"ı terrorçu adlandırdığına görə 2 milyon dollar aldı

Kateqoriya: Region Yayımlama tarixi: 18.03.2016 18:56:24

Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani olub

İslamazeri.az-ın “Fars” agentliyinə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Kermani sözlərinin əvvəlində “Xobreqan” və islami şura məclisinə seçilənlərə xitab edərək, onları təqvaya və əhdlərinə vəfa etməyə dəvət edib.

İranın raket sınaqlarını təqdirə layiq hesab edən İmam cümə deyib: “Bizim hərbi qüdrətimiz olduqca güclüdür və inkişaf da etdiririk. Lakin Amerika kimi zorbalıqdan başqa bir şey bilməyən düşmənimiz, buna da mane olmaq istəyir. ABŞ özü dünya səviyyəsində müxtəlif cinayətləri törədir və Yəmənə hücum etmiş Ərəbistana dəstək verir. ABŞ bu mövqeyindən niyə utanmır?  Digər tərəfdən də, nəsilləri məhv edən İsrailə yardım edir, lakin bütün bunlara baxmayaraq İranın raket sınaqları ilə müxalifdir.”

Ayətullah Kermani Fars körfəzi ölkələrinin, xüsusilə Ərəb Dövlətləri Liqasının Livan “Hizbullah”-ını terror təşkilatların siyahısına daxil etməsinə münasibət bildirib. O bu addımı rəzalət hesab edərək “Səudiyyə Ərəbistanı bu şuranın sədrinə (Ərəb Liqası)“Hizbullah”-ı terror təşkilatı kimi tanıması üçün 2 milyon dollar verib. Çünki “Hizbullah” düşmənin müqabilində durub.", - deyə bildirib.

İmam cümə sözlərinin davamında Səudiyyənin Yəmən cinayətlərinə toxunub: "Ərəbistan Yəmənin bazarlarından birinə etdiyi hücum nəticəsində 120 nəfərin ölməsinə səbəb oldu. ABŞ bunları görmürmü? Özlərini hərəmin xadimləri bilən səudiyyəlilər Quranı oxumağa tövsiyyə edirlər. Bəs özləri nə vaxt Qurana əməl edəcəklər? Quranın hansı ayəsi bu cinayətləri törətməyə icazə verir? Ərəbistanın Yəmənə hücumu nəticəsində 3500 insan həyatını itirib."

Səudiyyə hökümətinin Həccdəki naşılığına da işarə edən Ayətullah Kermani "Hacıların təhlükəsizliyini təmin etmək barədə düşünün. Hələ Mina faciəsi unudulmayıb, unudulan da deyil. Bu qədər insan həyatını itirdi, Səud kralları isə sadəcə seyr etdilər”, - deyə qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.