haberL haberR

Ərəb mediası: İŞİD-ə zərbələr endirən qırıcılar İraq ordusunda mövcud deyil, zərbəni İran endirib VİDEO

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.12.2014 18:15:03 3382 dəfə oxunub.

İŞİD-ə qarşı İranın hava zərbələriylə bağlı dünya mətbuatı müxtəlif xəbərlər verir

İslamazeri.az-ın  verdiyi xəbərə görə, İran Hərbi Hava Qüvvələri İraq ərazisində İŞİD terrorçularına zərbələr endirməssiylə bağlı "Əl Cəzirə" telekanalı, İsrail mediası və bəzi ərəb KİV də məlumat yayıb.

” Əlcəzirə” kanalının İraqdan hazırladığı reportajda peşmərgələrin və İraq ordusunun birgə, İraqın şimalında İran sərhəddinə yaxın yerləşən Diyala vilayətində iki şəhərin azad edildiyi bararədə məlumat verir.

Video görüntüdə “İraq aviasiyasına “ məxsus olduğu deyilən F-4 Fantom təyyarələri əslində İraq ordusunun silahlanmasında mövcud deyil.

Ekspertlər bildirirlər ki, F-4 Fantom təyyarələri ABŞ ordusunun silahlanmasından 1990-cı illərdə çıxarılıb. 2004-cü ildə isə sionist İsarail rejiminin silahlanmasından çıxarılıb yeganə regionda Türkiyədə və İranda bu tipli təyyarələr orduda istismar edilir.

Nəzərə alınsa ki, İran son zaman İraqa hərbi yardımı gücləndirib. Beləlikl guman etmək olar İŞİD terrorçularını İran Hərbi Hava qüvvələri bombardman edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.