haberL haberR

Ərəbistan baş müftüsü: "Kral ailəsinin qüsurlarını demək caiz deyil!"

Kateqoriya: Dünya Yayımlama tarixi: 29.12.2014 13:35:29

Bu fitnə onların dininə xələl gətirə bilər

İslamazeri.az  xəbər verir ki, Ərəbistanın baş müftüsü Şeyx Abduləziz şahzadələrin və alimlərin qüsurlarından bəhs etməyin caiz olmadığını vurğulayıb.

O, bildirib ki, Kral ailəsinin və alimlərin qüsurlarını demək, onlara iftira etmək kimi sayılır və bu əsla caiz deyil. Çünki, bu davranışın insanların həyatında fitnə və qarışıqlığa yol açmasına səbəb olur.

Şeyx Abduləziz: "Şahzadələri və alimləri pisləmək və ya səhvlərini ifadə etmək xalq arasında fitnəyə səbəbdir. Bu fitnə onların dininə xələl gətirə bilər. Bu bəlaya düşməmək üçün çox həssas olmaq lazımdır."

 Məscidində xalqa xitab edən Ərəbistan baş müftüsü sözlərinə belə davam edib: "Hər kim kral ailəsinin eyblərinin aşkara çıxması üçün bir addım atsa və bir təşəbbüsdə göstərsə, Allah da onun eyiblərini açıb özünü rəzil edəcək birini hakim edər."

"Shafaqna" mediası bu xəbəri "Məlum olduğu kimi Ərəbistan baş müftüsünün ən böyük vəzifəsi insanları kralı və kral sistemini müdafiə etməyə dəvət etməkdir"- şərhi ilə yayımlayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.