Erməni siyasətçi: “Vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində nə gəzirdi?”
Kateqoriya: Region
Yayımlama tarixi: 21.11.2014 16:23:39
1726 dəfə oxunub.
Raffi Ovanisyan vertolyotun vurulmasına görə Azərbaycanı qınayıb, ancaq o, günahın erməni tərəfində olduğunu deyib.

Ermənistanda müxalif İrs Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan bu gün keçirdiyi mətbuat konfransında Ağdamda vurulmuş erməni vertolyotuna görə İrəvan hakimiyyətindən izahat istəyib.
“Nəyə görə vertolyot Azərbaycan mövqelərindən cəmi 150 metr məsafədə düşüb? Heç bir zərurət yox idi ki, vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində döyüş təlimlərində iştirak etsin. Bu sual hamıda yaranır və cavab tələb edir” - deyə Ovanisyan bildirib.
R.Ovanisyan İrs Partiyasının nümayəndəsi David Sanasaryanı da vertolyotun pilotlarının cəsədlərinin qaytarılması tələbi ilə keçirdiyi aksiyanı dayandırmağa çağırıb. O bildirib ki, indiki situasiyada qondarma “DQR”in tanınması vacib idi, lakin Ermənistanda legitim hakimiyyət olmadığından bunu etmək mümkün deyil.
R.Ovanisyan İrs Partiyasının bir daha qondarma “DQR”in tanınmasına dair layihəni parlamentə təqdim etməyəcəyini deyib.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi vertolyotun “təmas xəttini keçmədiyini” iddia edirdi. Lakin daha sonra Qarabağdakı erməni qüvvələrinin komandanı Movses Akopyan vertolyotun Azərbaycan mövqelərinin 20 metrliyindən keçdiyini dedi.
Ermənistan hakimiyyəti bu insident ətrafında böyük hay-küy qaldırmağa və Azərbaycanı hansısa normaları pozmaqda ittiham etməyə çalışsa da sosial şəbəkələrdə fərqli fikirlər yayılır. Ermənilər etiraf edir ki, insidentə görə günahkarlar əslində vertolyotu Azərbaycan mövqelərinə həmlə etməyə göndərənlərdir. İndi bu insidentdə Ermənistan hakimiyyətinin günahkar olduğunu ilk dəfə İrs Partiyasının lideri açıq bildirir. (Virtualaz.org)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.