haberL haberR

Erməni boksçuları Bakıya gəlməkdən imtina etdilər

Kateqoriya: İdman Yayımlama tarixi: 03.06.2016 14:24:42

İyunun 16-dan 25-dək Bakıda keçiriləcək boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində Ermənistan millisinin iştirak etməyəcəyi dəqiqləşib.

Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib.

Onun sözlərinə görə, təhlükəsizliklə bağlı təminat verilsə də, işğalçı ölkə Rio-2016-ya lisenziya xarakterli yarışa qatılmaq istəməyib.

Səfərov bildirib ki, hələlik 105 ölkə qeydiyyatdan keçib və buna əsasən turnirdə 460 boksçunun mübarizə aparacağı gözlənilir.

Qeyd edək ki, ermənilər apreldə Bakı və Samsunda keçiriləcək lisenziya yarışına qatılmayacaqlarını açıqlasalar da, son anda Türkiyəyə yollanmışdılar.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.