Erməni əsgər güllələndi: Ermənistanda nə baş verir?

Erməni mətbuatının yazdıqları da bunu təsdiqləyir. Qarabağdakı separatçı quruma istinad edən Ermənistan KİV-ləri son sutka ərzində Azərbaycan tərəfinin atəşkəs rejimini 30 dəfə pozduğunu iddia edib. Musavat.com-un məlumatına görə, həmin xəbərdə iddia olunur ki, müxtəlif kalibrli silahlardan erməni hərbçilərinin mövqelərinə ümumilikdə 670 güllə atılıb.
Bundan əlavə, düşmən iddia edir ki, Azərbaycan tərəfin atəşkəsi pozması nəticəsində cəbhənin şərq istiqamətində 1996-cı il təvəllüdlü Qraç Vaqinakoviç Gevorkyan yaralanıb.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyət səbəbindən erməni hərbçilərinin bir-birini güllələməsi halları da artıb. Bundan əvvəl isə komandiri tərəfindən cəzalandırılan bir əsgərin intiharı barədə xəbər yayılsa da, yaxınları onun öldürüldüyünü açıqlamışdılar.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi son sutkada cəbhədə atəşkəs rejiminin ümumilikdə 16 dəfə pozulduğunu açıqlayıb. Məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.(musavat.com)
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.