haberL haberR

Erməni kəşfiyyat-təxribat qruplarının hücumunun qarşısı alındı, 5-7 diversant məhv edildi

Kateqoriya: Hərbi Yayımlama tarixi: 12.02.2016 09:51:37

Fevralın 12-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində mövqelərimizə basqın etməyə cəhd göstəriblər

İslamazeri.az-ın verdiyi xəbərə görə, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə düşmən 5-7 nəfər itki verib.
Silahlı Qüvvələrimiz heç bir itki verməyib, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.