haberL haberR

Erməni mərmiləri məktəblərimizi dağıtdı - Rəsmi açıqlama

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 28.04.2016 11:45:00

Dünən gecə cəbhə xəttində vəziyyətin yenidən gərginləşməsi nəticəsində Tərtər və Ağdam rayonlarında tədris pozulub.

Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev Modern.az-a açıqlamasında bildirib ki, rayonun iki məktəbinə mərmi düşüb.

“Şəhər 6 saylı tam orta məktəbi və Muradov adına Hacıqərvənd kən orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində məktəblərin şüşələri sınıb, binalar qəzalı vəziyyətdədir. Məktəblərin bir hissəsinə ziyan dəydiyi üçün yararlı digər hissəsində günün ikinci yarısı təmizlənmə işləri aparılacaq və tədris bərpa olunacaq. Lakin hələlik hər iki məktəbdə tədris yoxdur”.

Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova təmas xəttinə yaxın kəndlərdə artıq tədrisin olmadığını qeyd edib.

“Məktəblərdən dağılan və şagirdlərdən yaralananlar haqqında məlumat yoxdur. Sərhəd kəndlərində tədris yoxdur”.

Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.