haberL haberR

Erməni saytı: Azərbaycan əsgərlərinin hücumu zamanı 15 hərbçi itirmişik

Kateqoriya: Hərbi Yayımlama tarixi: 11.03.2016 13:39:44

Ermənistanda fəaliyyət göstərən planetaarmenia.ru saytı Ermənistan ordusunun Dağlıq Qarabağda verdiyi itkilər barədə yazıb.

Sayt öz "etibarlı mənbələri"nə istinadla yazır ki, Azərbaycanın kəşfiyyat-diversiya qruplarının növbəti əməliyyatı zamanı "Artsaxın müdadifə ordusu" itki verib.

Bildirilir ki, martın 10-dan 11-nə keçə Azərbaycan əsgərləri təmas xəttində nəzərə çarpmadan irəliləyiblər və və bir neçə komanda məntəqəsinə hücum ediblər. Nəticədə P-18, P-19 radiolokasiya stansiyası və dizel generatoru məhv edilib. Məntəqə tamamilə sıradan çıxarılıb.

Sayt hücum nəticəsində 15 hərbi qulluqçunun həlak olduğunu xəbər verir və əlavə edir ki, Ermənistanın Müdafiə Nazirliyi bu növbəti rüsvayçılıq barədə susur, ictimaiyyəti aldatmağa çalışır.(musavat.com)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.