"Ermənistan ikinci Xocalı soyqırımını törətməkdə maraqlı görünür"

Erməni hərbçilərinin son günlər cəbhə ərazisində yerləşən mülki şəxslərə qarşı vandal hərəkətləri onu göstərir ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazisində olması regional təhlükəsizliyə təhdiddir. Bunu Trend-ə cəbhə bölgəsində dağılmış evlərə və yaralanan şəxslərə baş çəkən Azərbaycan-Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov deyib.
E.Məmmədov deyib ki, cəbhə xəttində gördüyü mənzərə Ermənistan hərbçilərinin birbaşa Azərbaycanın mülki şəxslərini hədəfə götürdüyünü sübut edir: "Ermənistan müharibə qanunlarından belə kənar cinayətlərə yol verir. Düşünürəm ki, Ermənistan hərbçiləri ikinci Xocalı soyqırımını törətməkdə maraqlı görünürlər. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan hərbçilərinin əməllərinə reaksiya verməli və bu təcavüzü pisləməlidir".
Alyans sədrinin sözlərinə görə, cəbhə xəttində baş vermiş hadisələr bir daha sübut etdi ki, Azərbaycan problemi başqa vasitələrlə də həll edə bilər: "Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib və bu gün də buna sadiqdir. Lakin, Ermənistan hərbçilərinin vəhşiliyi bu cür davam edərsə, Azərbaycan hərbçiləri adekvat addım atmağa məcbur olacaqlar".
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.