haberL haberR

Ermənistan prezidenti: "Qarabağda tammiqyaslı müharibə başlaya bilər"

Kateqoriya: Region Yayımlama tarixi: 05.04.2016 9:14:48

"Qarabağda tammiqyaslı müharibə başlaya bilər".

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu ATƏT ölkələrinin səfirləri ilə keçirilən görüş zamanı Serj Sarqsyan bildirib.

Onun fikrincə, əgər bu baş verərsə, o zaman təkcə Cənubi Qafqaz ölkələrinə deyil, həmçinin Avropanın təhlükəsizliyinə də təsir edəcək.

"Döyüş əməliyyatlarının getdikcə şiddətlənməsi geniş miqyaslı müharibəyədək arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bunun təkcə Cənubi Qafqazın təhlükəsizlik və stabilliyi üçün deyil, həm də bütün Avropa regionu üçün nəticələri olacaq", - deyə Ermənistan prezidenti bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.