Ermənistana keçən xanımın vəziyyəti pisdir

Bu barədə azvision.az-a xəstəxananın baş həkimi Ramiz Mansurov məlumat verib.
Baş həkim bildirib ki, Qətibə Ələkbərovanın müalicəsi davam etdirilir: "Xəstə Qətibə Ələkbərova ötən gün xəstəxayana yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir. O, Azərbaycana qaytarıldıqdan sonra vəziyyəti yaxşı deyil. Ona sakitləşdirici iynələr vuruldu. Hazırda yuxu rejimindədir. Ermənistan tərəfə necə keçib, orada gördükləri barədə heç nə danışmayıb".
Həkimin sözlərinə görə, ruhi xəstə olan Q.Ələkbərovanın bədənində xəsarət izi aşkar edilməyib: "Üzərində zorakılıq əlaməti qeydə alınmayıb. Xəstəxanaya gələndən ona sakitləşdirici iynələr vurulur, bunun təsirindən günün çox hissəsini yatır. Onun nə vaxt yuxudan ayılacağını, özünə gələcəyini bilmirik. Yuxu prossesi uzun müddət davam edə bilər. Hazırda onun vəziyyəti yaxşı deyil. Nə danışır, nə də yemək yeyir".
Qeyd edək ki, 1977-ci il təvəllüdlü Q.Ələkbərova Qazaxda ruhi xəstəxanada müalicə alan ailənin tək övladı olmayıb. Onun bacısı da ruhi xəstəlikdən əziyyət çəkir. Bir qardaşı isə Qazaxda olan xəstəxanada müalicə alarkən dünyasını dəyişib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.