Ermənistanda əhali yenə ayağa qalxır

Deyəsən, yay aylarının bu ölkədə aktiv mitinqlər rejimində keçməsi artıq ənənə halını alır.
ANS-in məlumatına görə, bunu erməni mətbuatı özü yazır.
İctimai nəqliyyatda gediş haqqının, su və elektrik enerjisindən istifadəyə görə qiymətin artmasına görə aksiyalar da məhz keçən ilin yayında olmuşdu. Bu ilin də yayının çox qızmar olacağı gözlənilir. Bu dəfə başqa bir sosial problemə görə.
Artıq elan edilib ki, iyul ayının 1-də bu ölkədə yeni taksi xidməti fəaliyyətə başlayır - "Yandex Taxi". Bu xidmət mobil telefon əlavəsi sayəsində taksi çağırmağa imkan verir. Yeni xidmət ilk 2 km yola görə 100 dram haqq alacaq. Belə qiymətləri isə başqa heç bir taksi xidməti və ya sürücü təklif etmir.
Etirazlar artıq başlayıb. Belə ki, onsuz da sosial şəraitləri ağır olan ermənilər deyirlər ki, yeni xidmət bir çox taksi sürücüsünü və dispetçer xidmətinin işini itirməsinə səbəb olacaq.
İndi müxtəlif məsələlər üzrə uğur qazanan vətəndaş təşəbbüs qrupunun- "Cibimizdən əl çək"inin gündəmi bu mövzudur. Təşəbbüs qrupu ilk olaraq Ermənistan hakimiyyətini, Nəqliyyat Nazirliyini yeni xidmətə lisenziya verməməyə çağırır: "Biz birmənalı olaraq genişmiqyaslı və çoxminlik yürüşlərə söz veririk. Çünki insanlar öz işlərini qorumaq üçün küçələrə çıxacaqlar".
Artıq sürücülər də yeni xidmətə bazara daxil olmağa imkan verməyəcəklərini açıqlayıblar.
Bir sözlə, görünür, bu yay da Ermənistanda qalan azsayda insanların yürüşləri, mitinqləri ilə yadda qalacaq.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.