haberL haberR

Ermənistanda rus hərbçilərinin genişmiqyaslı təlimlərə hazırlığı başa çatıb

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 01.07.2016 12:05:46

1,5 min nəfər və 500-dək hərbi texnikanın iştirak etdiyi təlimdə müasir pilotsuz uçan aparatlardan istifadə olunub.

Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbi qulluqçuları genişmiqyaslı təlimlərə hazırlığa yekun vurublar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, rusiyalı hərbçilər yüksək dağlıq ərazidə yerləşən “Kamhud” və “Alagöz” poliqonlarına çıxışı prosesi bitib.

1,5 min nəfər və 500-dək hərbi texnikanın iştirak etdiyi təlimdə müasir pilotsuz uçan aparatlardan istifadə olunub.

Qeyd edək ki, iyulun ortalarında Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə genişmiqyaslı taktiki təlimlər keçiriləcək. Təlimlərdə Rusiyanın Gümrüdəki bazasının şəxsi heyəti tam tərkibdə iştirak edəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.