haberL haberR

Ermənistanda təhlükəli virus aşkarlanıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.08.2015 15:06:02

Laboratoriya araşdırmaları nəticəsində “Sibir xorası” diaqnozu təsdiqləndi

Laboratoriya analizləri Ermənistanın Armavir vilayətində iki sakində Sibir xorası xəstəliyinin olduğunu təsdiqləyib.

 Bu barədə TASS-a Ermənistan Səhiyyə Nazirliyinin rəsmisi Anait Aytayan bildirib.

“Laboratoriya araşdırmaları nəticəsində “Sibir xorası” diaqnozu təsdiqləndi”, - deyə, Aytayan bildirib.

Onun sözlərinə görə, “hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir, sağalma tendensiyası nəzərə çarpır”.

“Profilaktik və epidemiya əleyhinə tədbirlər davam etdirilir”, - deyə, nazirlik rəsmisi vurğulayıb.

Çərşənbə günü axşam Ermənistanın Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi Dövlət Qida Məhsulları Təhlükəsizliyi Xidməti xəbər yayıblar ki, respublikanın Armavir vilayətinin Artamet kəndinin iki sakinində Sibir xorası tapılıb.

İdarələrin məlumatına görə, xəstələnənlərdən biri iyulun 27-də Gürcüstanın Ninotsmindsk rayonundan ət alıb.(oxu.az)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.