haberL haberR

Əsəd: Avropa bəzi qərbli liderlərin atdığı səhv siyasətdən dolayı əziyyət çəkir

Kateqoriya: Dünya Yayımlama tarixi: 11.07.2016 11:44:39

"Suriya və regionda baş verənlər, təbii ki, Avropaya güclü təsir edir".

İslamazeri.az-ın "SANA"ya istinadən verdiyi xəbərə əsasən, Suriya Ərəb Respublikasınn prezidenti Bəşər Əsəd Dəməşqdə başında beynəlxalq işlər üzrə komitənin sədri havyer Kuosu olmaqla, Avropa Parlamentinin nümayəndə heyəti ilə görüş keçirən zaman bildirib ki,  Avropaya olan qaçqın axını, Suriyadakı terror təşkilatlarını dəstəkləyən və himayə edən bəzi qərbli idarəçilərin səhv siyasətinin nəticəsidir.

"Suriya və regionda baş verənlər, təbii ki, Avropaya güclü təsir edir. Bu həm coğragiya, həm də sosial əlaqələrlə bağlıdır. Avropanın üzləşdiyi problemlər – terrorizmdən tutmuş, qaçqın axınınadək olan problemlər, bir sıra qərbli liderlərin onların öz xalqlarının maraqlarına cavab verməyən səhv siyasətinin nəticəsidir, xüsusən də bu liderlər Suriyadakı terror qruplaşmalarını dəstəkləyən və siyasi himayə siyasətinin nəticəsidir”, – deyə SANA agentliyi Əsədin sözlərindən sitat gətirib. Suriya Ərəb Respublikasının prezidenti Avropa Parlamentinin bir sıra qərb dövlətlərinin səhv siyasətinin düzəldilməsindəki rolunun əhəmiyyətini qeyd edib. Həmin şəxslərin yanlış siyasətləri terrorizmin inkişafına yol açıb və bu da suriyalıların həyatını iqtisadi sanksiyalar üzündən ağırlaşdırıb, bir çox suriyalını vətənini tərk etməyə məcbur edib. Avropa Parlamentinin üzvləri isə öz növbələrində qeyd ediblər ki, Suriya xalqının terrorizm cinayətlərindən nə cür əziyyət çəkdiyini görmələri, Suriyaya gəlmiş AP nümayəndə heyətinə, Avropa dövlətlərinin siyasətini düzəldilməsi və Suriyadan sanksiyaların götürülməsindəki addımların atılmasında stimul verəcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.