haberL haberR

Əsəddən təslim olmuş silahlılarla bağlı əfv fərmanı

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.07.2016 17:08:20

Əsəd amnistiya elan etmək niyyətində olduğunu dünən bildirib

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşər Əsəd silahını yerə qoyaraq təslim olacaq bütün yaraqlıların əfv olunması barədə əmr verib.

“Ədalətdən qaçan silahlı şəxslər, bu əmrin çıxma anından üç ay ərzində əgər təslim olaraq silahlarını səlahiyyətli məhkəmə orqanlarına və ya polisə versələr məsuliyyətdən azad edilirlər.”, – deyə bildirilir.
Əsəd amnistiya elan etmək niyyətində olduğunu dünən bildirib.
Bundan dərhal sonra məlum olub ki, Hələb şəhərində mühasirəyə düşmüş silahlıların bir hissəsi hökumət qoşunlarına təslim olmağa hazırdırlar. Söhbət aralarında xarici muzdlular da olan yüzlərlə insandan gedir.  Bununla belə, amnistiya yalnız Suriya vətəndaşlarına aid  ediləcək.

Əfv fərmanı 4 əsas bəndə malikdir:

1.Əlinə silah almış və məhkəmədən boyun qaçıran hər bir şəxs, bu fərmanın imzalandığı tarixdən 3 ay müddətinə təslim olarsa tamamilə əfv olacaqdır.

2.Oğurladığı şəxsləri qarşılıqsız şəkildə azad edən əfv olunacaqdır.

3.Bu fərman, şəxsi məsələlərə aid edilmir.

4.Fərman, rəsmi olaraq qəzetdə ışıq üzü görəcəkdir.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.