haberL haberR

Eşitmə qüsurlu insanlar üçün telefon danışıqlarını mətnə çevirən yeni xidmət

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 29.03.2016 9:18:30

Avstraliyanın eşitmə qüsurlu insanlar üçün milli “National Relay Service” telefon danışıqlarının tərcüməsi xidməti danışıqların aparılması üçün yeni texnologiya hazırlayıb.

Eşitmə qüsuru olan abunəçi artıq həmsöhbəti ilə birbaşa ünsiyyət qura, internetə qoşulmaqla cavabları kompüterin və ya smartfonun ekranında, həmçinin mətn terminalları olan xüsusi telefon aparatlarında oxuya bilər.

Həmsöhbətin sözlərinin mətnə çevrilməsi nitqin tanınması proqramlarının köməyi ilə xidmət operatoru tərəfindən yerinə yetirilir. Bu zaman sürət adi ünsiyyətdə olduğu kimi dəqiqədə 150-180 sözə çatır.

Qeyd edək ki, Avstraliyada “National Relay Service” xidmətləri ödənişsiz həyata keçirilir. Bu xidmət hazırda danışıqların 8 tərcümə variantını, o cümlədən jest dilindən istifadə etməklə videotərcüməni təklif edir.(trend)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.