haberL haberR

Ev təsərrüfatlarının sənaye fəaliyyətini öyrənilib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 08.04.2015 13:23:26

Bu ilin oktyabr-noyabr aylarında Dövlət Statistika Komitəsi tərəfindən ölkənin bütün rayonlarını əhatə etməklə “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair” birdəfəlik statistik müayinə keçirilib

Komitədən islamazeri.az-a verilən məlumata görə, müayinəyə 9 579 ev təsərrüfatı cəlb edilib. Ev təsərrüfatlarından 5559-u (58%) şəhər, 4020-si (42%) kənd yaşayış məntəqələrini əhatə edib.

İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar: emal edilmiş süd - 418,5 min ton, təzə çörək - 392,1 min ton, ət istehsalı (quş əti daxil olmaqla) - 137,6 min ton, süd məhsulları - 102,5 min ton, meyvə və tərəvəz konservləri - 43,4 min ton, kompot - 40,9 min ton, mürəbbə və cem - 32,5 min ton, tort, pirojnalar və digər şirniyyat məmulatları - 28,8 min ton, meyvə və üzümdən alınan spirt - 94,1 min dekalitr, şərab - 59,5 min dekalitr, xalça və xalça məmulatları - 1,0 min kv. metr olub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.