haberL haberR
Cəmiyyətdə fəsadın, günahın yayılması , cavanların mənfi həyat tərzi sürməsi, intiharların, gərgin, sitresli , emosional həyat tərzi keçirmələrin əsl səbəbi Ruhi və maddi narahatçılıqlardır

 Bu tip həyat tərzindən xilas olmağın səbəblərindən biri ailə həyatı qurmaqdır. Allah Qurani-Kərimdə buyurur: " Onların yanında aramlıq tapasınız deyə sizin üçün öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün nişanələr vardır." (Rum 21)

Evlilik həyatı insana asudəlik, mənəvi və maddi rahatlıq bəxş edir. Evli insanlar subaylara nisbətdə ictimai, əxlaqi dəngənin tənzimlənməsində daha üstün rola malikdirlər.

İslam insanları durmadan təqvaya (günah etməməyə) çağırır. Beləki Qurani Kərim buyurur: "Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik. Əlbəttə təqva libası daha yaxşıdır."(Əraf 26) Quran digər ayədə kişi və xanıma belə buyurur: " Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız."(Bəqərə 187)

Bu ayələrdən çıxan məntiqdən anlaya bilirik ki, ailə mühiti əsl təqva ocağıdır. Məhz insanlarda təqvaya riayət etməklə həm maddi həm mənəvi aləmdə sivilizasiya etmiş olur. Evlilik insana məişət, əxlaq sahələrindədə məsuliyyət bəxş edir. Bu üzdən Hz Məhəmməd(s) buyurub: "öz subaylarınızı evləndirin. Bu əməllə Allah onların əxlaqını gözəlləşdirər, ruzilərini artırar və mərdliklərini çoxaldar" (Biharul-ənvar c103;səh.272;hədis38)

Keçmiş zamanlara nisbətdə indiki muasir dovrdə ailə həyatı qurmaq çətinləşib. Tərəddüd etmədən deyə bilərik ki, çətinləşməyib, çətinləşdirilib! Buna çox misal göstərmək olar . İnsanların yaşayış səviyyəsinin aşağı salınması, gənclərin işsiz saxlanaraq bekarçılığa sövq edilməsi ,qiz və oğlanlar arasında məktəblərdə əxlaqsızlığın yaradılması və bununlada ailədə məhrəmliyə aid olan məsələlərin adiləşdirilərək cəmiyyət içinə çıxarılması, insanlar arasında toy-səviyyə rəqabətinin yaradılması və s kimi real faktları göstərmək mümkündür.

Hər birimizdən ayıq sayıqlığ tələb olunur. Xüsusilə valideyinlər diqqətli olub, bu kimi siyası hədəflərin qurbanına çevrilməməlidirlər. "Sağlam həyatın iflic vəziyyətinə salınması" yolunda aparılan strateji siyasətdə yalnız İslam təlimlərinə üz gətirib xilas ola bilərik. Bu dinin 14 əsr əvvəl uzaq görən siyasəti nəticəsində nəinki məişətimizi, butun həyat sistemimizi muasir zaman tələblərinə cavab verə biləcək şəkildə ideallaşdıra bilərik. Yetərki İslam icazə vermədiyi qadağan olunmuş sahələrə ayaq basmayaq.

Allahdan istəyirəm ki, xalqımı din, insanlıq düşmənlərinin qurbanına çevriləmkdən qorusun.

Müşfiq Həzili/ İslamazeri.az üçün

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.