"Ey Ali Səud! Mədinədə terroru Hizbullah, yoxsa təkfirçilər törədib?!"
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 10.07.2016 16:05:20

Livanın “Hizbullah” təşkilatının icracı şurasının sədr müavini Səudiyyə Ərəbistanının terrorçuları dəstəkləməsindən söz açıb.
İslamazeri.az “Əl Aləm”-ə istinadən xəbər verir ki, bu mövzuya toxunan Şeyx Nəbil Qavuq deyib: “Ciddə, Qətif və Mədinədə baş verən terror hadisələri bunu göstərir ki, Ali-Səud, terroru dünyaya yalnış olaraq anladıb. Ərəbistanın təhlükəsizliyini “Hizbullah” pozur ya təkfirçilər? Səud rejimi son hadisələrdən sonra, müqavimətə qarşı olan siyasətlərinə göz gəzdirməlidir.”Nusra cəbhəsi” bu gün, Ərəbistandan əldə etdikləri silahlarla vuruşurlar. Ərəbistan nə vaxta qədər Livan və Suriyada olan “Nusra” üzvlərini dəstəkləyəcək? Bu yardımlar ölkənin milli təhlükəsizliyini hədələyir. Səud rejimindən soruşmaq lazımdır ki, ölkədə baş verən partlayışları terror kimi qələmə verirsinizsə, terrorçulara dəstək verməyinizin səbəbi nədir? Livan xalqı və dünya millətləri, “Hizbullah”-ın anti terror əməliyyatlarını dəstəkləyir. “Hizbullah”, öz milli vəzifəsinə əməl edir və xalqına xidmət etməyə də davam edəcəkdir. İŞİD, Livanda daxil olmaqla 35 ölkəni, xilafət torpağı kimi təqdim edib. Xalqımızın onlarla savaşmaqdan başqa çarəsi yoxdur.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.