haberL haberR
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb

Azərbaycanda bir gündə 4 nəfəri maşın vurub.

İslamazeri.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Xızı rayonunun Sitalçay kəndində Salyan rayon sakini Kamil Əliyev idarə etdiyi "VAZ-21043" markalı avtomobillə yolu keçən Quba rayon sakini Nəsrullah İbrahimovu vurub. Nəticədə N.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.

Digər hadisə həmin gün Şəmkir rayonunun Zəyəm qəsəbəsində qeydə alınıb. Rayon sakini Cahan Allahverdiyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən Nadejda Həsənovanı vuraraq öldürüb.

Bundan başqa, Cəlilabad rayonunun Göytəpə şəhərində şəhər sakini Şahin Zeynalov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Abbas Novruzovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə ölüb. 

Ağcabədi şəhərində isə orta məktəb müəlliməsi Lyüdmila Məmmədovanı traktor vuraraq öldürüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.