Əyyaşlıq həyatı yaşayan gənc, ölkəsinin fəxri ola bilməz - İmam cümə

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, ölkəsinin düşmənləri ilə münasibətinə toxunan Ayətullah Xatəmi deyib: “Düşmənin İslam İnqilabı ilə hərbi mübarizədən ümüdsüz olması şübhəli məsələ deyil. Bu xalqın öhdəsindən gələ bilməyəcəklərini yaxşı bilirlər, necəki 8 il davam edən savaşda bunu bacarmadılar. Bu səbəbdən yumşaq və mədəniyyət sahəsində olan müharibələrə əl atıblar. Bu savaş, xüsusən sosial şəbəkələrdə ciddi şəkildə özünü göstərir. Rəhbərimiz 20 il bundan öncə mədəni hücum və mədəni zəifçilik barədə çıxışlar etmişdi. Biz hazırda bunun acı nəticələrinin şahidi oluruq. Hicabsızlıq və hicabsızlığa gətirib çıxaran geyimlər buna bariz nümunədir. Düşmən sabah ölkəni idarə edəcək gəncləri dəyişmək niyyətindədir. Əyyaşlıq həyatı yaşayan gənc ölkəsinin fəxri ola bilməz. Biz zahiri problemli görünən hər cavanın inqilabın ziddinə olduğunu iddia etmirik. Mümkündür ki, Şeytan onu aldadıb və qəflətə düçar edib.”
İranın nüvə müzakirəni də toxunan imam cümə “İnqilabın əvvəlindən bu məsələ kimi, ifratçı tərəfləri olan ikinci bir məsələ olmayıb. Biri son 100 ildə analoqu olmayan bir məsələ olduğunu iddia edir və hətta islam inqilabından da üstün bir addım kimi dəyərləndirir. Bəziləri deyir, razılığa zidd olanlar İsraildən daha pisdirlər. Digəri müzakirə edənləri xain adlandırır və ölkənin gələcəyinin əldən getdiyini iddia edir. Bu cür ifrat və təfritlərləmi məsələni təhlil edəcəyik? Nə problemi var ki, müzakirə heyətimizin ixlasla işlədiyini, lakin ABŞ-ın əhdinə vəfa etmədiyini etiraf edək? Rəhbərimiz demişkən; kağız üzərində İranla əlaqələrin azad olduğunu desə də, əməldə buna imkan vermir. Amerikanın xalqımızın 2 milyard dollarını oğurlaması mühüm məsələdir. Bu məsələni ABŞ tərəfi də təsdiqləyir. Niyə yalan deyir və bizi təcavüzdə ittiham edirsiniz? Bu cür gedişlə, ABŞ sizin bütün mal varlığnızı “Niyə Şahı ölkədən qovdunuz?” və “Niyə İslami respublika təşkil etdiniz?” bəhanəsi ilə əlinizdən almağa çalışacaq. Ölkə rəsmiləri və xüsusən cənab prezident bu barədə gözəl mövqe sərgilədilər. Bu Amerikanın boğazından rahatlıqla keçəcək olan bir tikə deyil. Onların beynəlxalq qanunlara etinasızlığının açıq-aşkar şahidi oluruq. Bu o deməkdir ki, müzakirə onların ağıllanmasına səbəb olmayıb. Razılıqdan sonra onların bizimlə olan düşmənçiliyi bir qram da azalmayıb. Onların cavabını verən yalnız müqavimətdir.”, - deyə bildirib.
Səudiyyə Ərəbistanın bölgədə sərgilədiyi mövqeyə də toxunan imam cümə deyib: “Sionist rejimi ilə günbəgün əlaqələrini gücləndirən bu Qarun, İsrail rejiminin əvəzinə Yəməndə müharibəni başlatdı, Bəhreyndə cinayətlər törədir, Suriyaya da qüvvə göndərir. Bunların savaşları onun bunun yerinə etdikləri savaşdır. Dünyanın harasında təkfirçi düşüncəsində olan birini görürsünüzsə, Səud rejiminin rolunu görmək mümkündür. Adam öldürməkdə bu rejim daima hazır vəziyyətdədir. Daxildə də, iranlı Həcc zəvvarlarının gəlişinə mane olmaq üçün tədbirlər görürlər. Siz nəçisiniz? Məkkə və Mədinə müsəlmanların beynəlxalq şəhərləridirlər. Sizin arxiviniz qaradır. Ötən il baş verən Mina faciəsi, sizin arxivinizdən heç vaxt silinməyəcəkdir. Bizim sözümüz bir kəlmədir. İran təhlükəsiz və izzətli Həcc ziyarəti istəyir və zillət dolu olan Həcci ziyarət etməyəcəkdir. İraqda da müxtəlif ixtilaflar var ki, bizi narahat edir. Bir qardaş ölkə kimi, bütün ixtilafları kənara qoyub, təkfirçilər müqabilində vəhdət etmələrini istəyirik.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.