haberL haberR

Facebook-da canlı yayım etməyin yolları

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 17.04.2016 18:21:31

Gündən-günə inkişaf edən Facebook sosial şəbəkəsi bazardakı rəqibləri ilə müxtəlif üsullarla mübarizə aparır.

Bu mübarizələrdən biri də Periscope canlı yayım şəbəkəsi ilədir.
Facebook bu şəbəkəni sıradan çıxarmaq üçün Canlı Yayım funksiyasını işə saldı. Bu funskiyadan ilk olaraq təsdiqlənmiş səhifələrdə istifadə etmək mümkün idi. Daha sonra Canlı Yayım funksiyasıbütün səhifə və profillər üçün aktiv edildi.
Azərbaycanda hazırda səhifələrdə Canlı Yayım etmək mümkündür, hesablarda yayım etmək funksiyası isə hələ ki aktiv edilməyib.
Qeyd edim ki, canlı yayım ancaq smartfonlarda mümkündür, kompüterlə yayım etmək mümkün deyil. İndi isə səhifədə necə canlı yayım etməyi sizlərə izah edəcəm.

1. Öncə smartonumuzdakı sonuncu Facebook tətbiqini "update" edirik.


2. Daha sonra canlı yayım etmək istədiyimiz səhifənin idarə panelinə daxil oluruq və "Post" butonuna klikləyirik.


3. Şəkildəki işarənin üzərinə daxil oluruq.


4. Yayıma ad seçib, "Go Live" butonuna klikləsək, 3 saniyədən sonra Canlı Yayımımız başlayacaq.


Şəkildə üstdə dairəyə alınan butonla isə kameranı arxadan önə, öndən arxaya dəyişmək mümkündür.
Yaxın müddətdə qruplarda və 'event'lərdə də Canlı Yayım mümkün olacaq.
Xoş yayımlar!

Fikrət Təhməzov/fikirizm.blogspot.com.tr

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.