haberL haberR

"Facebook"-dan ən uğurlu 5 hakerə 256 min dollar

Kateqoriya: Sosial Yayımlama tarixi: 27.02.2015 13:19:20

65 ölkədən 321 mütəxəssis mükafatlandırılıb

İslamazeri.az-ın "ICTnews"-a istinadən verdiyi xəbərə görə, ən böyük mükafat almış beş haker ümumilikdə 256 min dollar qazanıb.

“Facebook” şirkətinin press-relizinə əsasən, sosial şəbəkəyə boşluqlar haqda ən çox sorğu Hindistandan (196 uğurlu müdaxilə) olub. İlk üçlükdə Misir hakerləri (81)  və amerikalılar (61) yer alıblar. Britaniyalılar sosial şəbəkədə 28 boşluq taparaq orta hesabla 2700 dollar qazanıblar. Filippinli hakerlər 27 uğurlu müdaxilə ilə yadda qalıblar. Ancaq onların mükafatı 29500 dollar təşkil edib ki, bu da istifadəçi məlumatlarının təhlükəsizliyi sahəsində daha ciddi boşluqların aşkar edilməsindən xəbər verir.

Məlumata əsasən, 2014-cü ildə “Facebook” aşkar edilmiş boşluqlar haqda 17 min sorğu alıb. Bu göstərici ötən illə müqayisədə 16 faiz daha yüksəkdir. İl ərzində iştirakçılar tərəfindən tapılmış son dərəcə ciddi boşluqların sayı 49 faiz yüksəlib.

Sosial şəbəkə tərəfindən aşkar edilmiş boşluqlara görə mükafatlandırma proqramı 2011-ci ildə istifadəyə verilib. Proqram haker hücumlarına qarşı müdafiənin gücləndirilməsi üçün nəzərdə tutulub. 2011-ci ildən etibarən “Facebook” aşkar edilmiş boşluqlara görə 3 milyon dollar ödəyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.