haberL haberR

"Facebook" telefonda enerjini tezmi bitirir?

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 21.10.2015 16:32:00

Bu barədə rəhbərlik açıqlama verib

"Facebook"dan istifadə "iPhone" telefonlarının batareyasının ömrünü qısaltması iddiası ilə bağlı açıqlama verilib.

"Facebook" şirkəti açıqlama yayaraq bu iddiaları təsdiqləyib.

Məlumata görə, bu məsələ ilə bağlı ilk şikayət ötən həftə Matt Qilliqan bloq yazısında qeyd edib. O yazıb ki, "iOS"larda "Facebook" proqramı 1 həftə içində əlavə olaraq 15 faiz enerji tükənməsinə səbəb olur.

Başqa bir istifadəçi isə "iPhone" telefonlarında batareyaların ömrünün 39 faizinin "Facebook" proqramının apardığını bildirib.

Bu iddialardan sonra "Facebook" şirkəti bu problem araşdırmağa başlayıb. Şirkətdən bildirilib ki, qısa zamanda problem həll etməyə çalışacaqlar. (gun.az)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.