haberL haberR
Bu barədə Mark Zukerberq rəsmi səhifəsində açıqlama verib

Facebook istifadəçiləri üçün daha bir yenilik edildi. Belə ki, artıq onlar yeni "emoji" lərdən (emosiyalar) istifadə edə biləcəklər.

İslamazeri.az interaz-a istinadən xəbər verir ki, Focebook-a əlavə olunan yeni emosiyalar qəzəb, sevgi, xöşbəxtlik, sevinc hisslərini özündə əks etdirir. 

Facebook şirkətinin meneceri Kris Koks bu addımı belə izah edir: "Biz Facebook səhifəsində istifadəçilərin şərh yazarkən ən çox hansı emosiyalardan istifadə etdiyini araşdırdıq. Daha sonra dizaynerlər bu emosiyaları hazırladılar".

Mark Zuckerberg Facebook- da ən çox tələb olunan "dislike" (xoşlamamaq) düyməsinə tələbatın olduğunu, bunun üzərində hələ işlər getdiyini amma tam olaraq hansı formada istifadəçilərə təqdim olunacağını bilmədiklərini deyib. 

Yeni əlavə olunan reaksiyalardan isə yaxın vaxtlarda bütün istifadəçilər yararlana biləcəklər.

Rəsmi səhifədəki məlumatı görmək üçün:

 

Meet the new Reactions.

Posted by Mark Zuckerberg on Cümə axşamı, 8 Oktyabr 2015
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.