haberL haberR
"Facebook"da çoxlarının gözlədiyi yenilik həyata keçdi

"Facebook" daha bir yeniliyə imza atıb. 

İslamazeria.az-ın məlumatına görə, dünyanın virtual  sosial şəbəkəsi  olan “Facebook” istifadəçiləri üçün daha bir sürpriz funksiyası həyata keçirib. 

Belə ki, artıq GIF formatlı fotolar da şəbəkədə yayımlana biləcək. Bununla da istifadəçilərin paylaşdığı hərəkətli GIF şəkillər olduğu kimi görünəcək. 

Qeyd edək ki,  bundan əvvəl şəkil və video paylaşımları mümkün olsa da, GIF formatlı məzmunları yayımlamaq imkanı yox idi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.