haberL haberR
"Facebook", xəbər lentinə yenilik əlavə etməyə hazırlaşır.

Gün keçdikcə funksionallığını artıran sosial platforma indi də istifadəçilərinin xəbər seçimində işini asanlaşdırmaq istəyir.

Milli.Az technote-ya istinadən bildirir ki, sosial şəbəkə vasitəsilə insanlar bir çox xəbər və yeniliklərdən agah olmaqla bərabər, təstiqini tapmamış məlumatlarla da az rastlaşmırlar. Bu xəbərlərin yalan və ya uydurma olması isə istifadəçiləri narahat etməklə bərabər, çoxlu müzakirələrə də səbəb olur. Bunu nəzərə alan "Facebook" şirkəti artıq xəbər lenti ilə bağlı yaranan problemləri həll etmək üçün Feed Quality tətbiqini istifadəyə verəcək. Tətbiqi istifadə edən istifadəçi xəbər lenti və məqalələrə 1 və 5 arasında dəyərləndirmələr edəcəklər. Bundan əlavə hər istifadəçinin marağına uyğun xəbər lenti səhifədə önə çıxacaq. Hələ ki, beta mərhələsində olan tətbiqin tezliklə istifadəyə verilməsi gözlənilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.