haberL haberR
"Akila" ötən ay test uçuşunu həyata keçirdi və 30 dəqiqə havada qalması yetərli olduğu halda tam 90 dəqiqə havada qalmağı bacardı.

"Facebook" 10 il əvvəl bir kollec otağında quruldu və 1 milyard insanı bir-birinə bağlamağa nail oldu. Bundan 10 il sonra isə bütün dünyanı bir-birinə bağlamağı planlaşdırır.

"Qafqazinfo" xəbər verir ki, dünyanın ən böyük sosial media ünvanı olan Facebook hər gün 1.6 milyard insan tərəfindən ziyarət edilir. Amma bu yetərli deyil. Facebook bütün insanlar tərəfindən istifadə olunmalıdır. Bunun üçün dünyanın hər bir nöqtəsinə internet çəkilməlidir. Sözlə deyildiyi qədər asan deyil. Bəs bu necə olacaq?

Facebook bütün dünyanı internetə bağlamaq üçün 2013-cü ilin avqustunda internet.org adında bir sayt açdı. 2013-cü ildən etibarən həmin proyekt vasitəsi ilə ən ucuz və keyfiyyətli internet axtaran Facebook nəhayət ki bunu tapdı. Bu proyekt bir "drone" işidir "Akila". İnsansız uçuş həyata keçirən bu aparatları uçan modem olaraq da düşünmək olar. Yerdən 20 km yüksəklikdə tam 90 gün boyunca sərbəst uçuşlar həyata keçirə biləcək. Bu uçuş aparatı bir "Boeinq 737" təyyarəsindən daha böyükdür. Eni tam 43 metr təşkil edir. Günəş enerjisi ilə işləyir və 3 saçqurutma aparatının işlətdiyi enerjini istifadə edir.

"Akila" ötən ay test uçuşunu həyata keçirdi və 30 dəqiqə havada qalması yetərli olduğu halda tam 90 dəqiqə havada qalmağı bacardı. Amma bu müddəti 90 günə uzatmaq lazımdır.

Bəs nə üçün uçan internet yayıcı? Kosmik aparatlardan, böyük antennalardan istifadə etmək əvəzinə nə üçün uçan aparatlara üstünlük verildi? "Facebook" bu məsələni dərindən araşdıraraq belə bir fotonu istifadəçilərə təqdim etmişdir.

Uçan aparatlar böyük antennalardan daha çox yüksəkdə ola bilirlər və daha böyük ərazini əhatə edirlər. Bizlər internetdən ən yaxşı şəkildə istifadə edə bilirik. Amma dünyanın elə bir nöqtələri vardır ki, orada nəinki internet, təmiz suyu belə tapmaq müşkül məsələdir. "Facebook" məhz həmin ərazilərdə yaşayan insanları düşünərək belə bir layihəni başlatdı və uğurla nümayiş etdirdi. Hansı ki, həmin ərazilərdə yaşayan insanlara internetdən istifadə etmək, dünyaya açılma şansı verəcək. Facebook-un yaradıcısı Mark Zukerberqin şəxsi araşdırmasına görə internetdən istifadə edən hər 10 nəfərdən birinin ekonomik vəziyyəti daha da yaxşılaşır. Yeni iş imkanları ortaya çıxarır. Yerdə qalan 4 milyard insana da internet çatdırılacağı halda onların da yaşayış səviyyəsi artacaq. Dünyanın ən ucqar bölgələrində, məktəblərin belə olmadığı bir yerlərdə internet, tədris fürsəti ola bilər. Bundan əlavə bu aparatlar Facebook üçün də böyük imkanlar yaradacaqdır. İstifadəçilərinin sayı nə qədər artarsa dünyada da nüfuzuna görə öz mövqeyini yaxşılaşdıracaqdır".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.