haberL haberR

"Fatimiyun" briqadasının komandiri şəhid oldu (Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.03.2015 18:27:45 4029 dəfə oxunub.

Əfqan əsilli komandir şəhid oldu

İslamazeri.az-ın "ABNA"ya istinadən verdiyi xəbərə görə, Suriyada İslami müqəddəsləri qorumaq və günahsız vətəndaşları təkfirçi terrorçulardan müdafiə edən əfqan əsilli mücahid general Əlirza Təvəssüli qızğın döyüşlər  zamanı şəhadət məqamına çatıb.

General Əlirza Təvəssüli Dera çölündə Tel-Karin təpəsini ələ keçirmək üçün aparılan əməliyyatda "Nusra Cəbhəsi"nin terrorçuları tərəfindən açılan atəş nəticəsində dünyasını dəyişərək şəhidlik məqamına ucalıb.

Şəhid Təvəssüli çox sevilən, dözümlü bir komandir və iranlı məşhur general Qasim Süleymaninin çox güvəndiyi hərbçilərdən biri idi. 

Qeyd edək ki, general Təvəssüli İran-İraq müharibəsində də iştirak edib və İran Silahlı Qüvvələrində komandirlik vəzifəsini yerinə yetirib.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.