haberL haberR

Fəaliyyəti dayandırılan klinika Səhiyyə Nazirliyini məhkəməyə verib

Kateqoriya: Ölkə Yayımlama tarixi: 09.04.2015 16:25:40

Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan “Atlas Medical Center” nazirliyi məhkəməyə verib

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında bildirib ki, bir müddət öncə “Atlas Medical Center”-də tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb. Lakin sonradan özəl klinika nazirliyin bu qərarı il bağlı məhkəməyə müraciət edib. Prosedur qaydalarına əsasən, “Atlas Medical Center” məhkəmənin qərarı olana kimi fəaliyyətini davam etdirir. Sonra isə özəl tibb müəssisəsinin fəaliyyətinin davam etdirib-etdirməyəcəyi məhkəmənin qərarından asılı olacaq.

Qeyd edək ki, bir müddət öncə Səhiyyə Nazirliyinə “Atlas Medical Center”-in lisenziyasında nəzərdə tutulmayan - ginekoloji və doğuşa yardım xidmətlərinin göstərilməsi barədə siqnal daxil olub. Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində lisenziyada nəzərdə tutulmauan qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir. Bundan əlavə, yoxlama nəticəsində başqa qüsurlar da aşkarlanıb. Nəticədə Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb.(apa)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.