Federasiyanı məhkəməyə verən idmançı danışdı
O, hazırda Türkiyə yığmasında çıxış edir

"Azərbaycan Taekvando Federasiyasın (ATF) məhkəməyə vermişəm. Oktyabrın 5-də də CAS-da məhkəmə oldu. Vəkilimlə birlikdə orda təmsil olunduq". Bu sözləri "Qafqazinfo"ya açıqlamasında Azərbaycan millisinin sabiq taekvandoçusu, hazırda Türkiyə yığmasında çıxış edən Nur Cəmrə Kaymak deyib. İdmançı Azərbaycan Taekvando Federasiyasını məhkəməyə verdiyini etiraf edib. Lakin o bunu hansı səbəbdən etdiyini məhkəmə qərarına əsasən deyə bilmədiyini dilə gətirib: "Amma məhkəmənin qərarına görə çox danışa bilmərəm. Həqiqətən 2013-cü ildə Azərbaycan yığmasında çıxış etmişəm. Sonradan federasiya ilə aramızda bir sıra problemlər yaşadıq. Çox danışdıq və razılığa gəlmək istəsək də, alınmadı. Onlar məni başa düşmədilər. Bu səbəbdən də məhkəməyə müraciət etməli oldum". Qeyd edək ki, bir müddət öncə bununla bağlı xəbər yaysaq da, federasiyanın vitse-prezidenti Nağı Səfərov saytımıza açıqlamasında Azərbaycan yığmasında belə bir idmançının çıxış etmədiyini bildirmişdi. (qafqazinfo)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.