haberL haberR

Fələstin probleminin həll yolları (və/və ya həllinin mümkünsüzlüyü)

Kateqoriya: Məqalə Yayımlama tarixi: 01.07.2016 12:18:06

"Bu gün də o zaman olduğu kimi dimdik dayanırıq. O dövrlərdən öyrəndiyimiz, hər zaman hazırlıqlı olmalı olduğumuzdu, lazım olsa yenə qazanacağıq".

2013-cü ildə 1973 Ərəb-İsrail müharibəsinin 40 illiyi münasibətilə anma mərasimində çıxış edən İsrail Baş qərargah rəisi BennyGantz "Bu gün də o zaman olduğu kimi dimdik dayanırıq. O dövrlərdən öyrəndiyimiz, hər zaman hazırlıqlı olmalı olduğumuzdu, lazım olsa yenə qazanacağıq "demişdi. Və heç təsadüfi deyil ki, o zaman Baş nazir Netanyahu və Müdafiə naziri Yaalon Baş qərargah rəisinin vəzifə müddətini bir il daha uzatdı.
O vaxtdan bugünə qədər keçən 2 ildən artıq müddətdə “sülh danışıqları”nı aparan siyasətçilərin adları, tökülən qanların və ölən insanların statistikasından başqa dəşiyən çox da bir şey yoxdu əslində.
Bəs axı illər uzunudu davam edən bu Yaxın Şərq probleminin kökündə nə dayanır? Bu problemi həqiqətəndə silah istifadəsi olmadan beynəlxalq ictimaiyyətin iştirakı və beynəlxalq hüquq normaları əsasında bir ortaq məxrəcə gəlib həll etmək və ya ən azından İsrail tərəfdən tətbiq edilən işğal zonasındakı embarqoların və Qüds ətrafı bölgələrdə əsassız təşkil edilən geniş miqyaslı mənzil tikintisi prosesinin dayandırılmasını təmin etmək mümkündürmü?
20 dekabr 2002-ci ildə ABŞ rəhbərliyində, Aİ, BMT və Rusiyanın da daxil olduğu,"Dördlər" in başlatdığı, İsrail və Fələstin dövlətlərinin yan-yana sülh içində yaşamalarına imkan verəcək sülh planı - "Orta şərq barışığı üçün yol xəritəsi" və 1 Mart 2004 BMT-nin Baş katibi, Kofe Annannın "tərəflər arasındakı qarşıdurmaların və şiddətin dayandırılması, 2002-ci ildə qəbul
edilmiş olan iki dövlətli yol xəritəsinin həyata keçirilməsi "çağırışına rəğmən təcrübə ilə sabitdir ki, birmənalı YOX! Təbii ki sual edilə bilər, məsələyə bu qədər pessimist yanaşmaya nə səbəb ola bilər. Bölgənin son onilliklərdəki vəziyyəti və görülən işlər hər birimizin məlumudur. Lakin məsələnin beynəlxalq hüquq tərəfini 2 mühüm hadisə ətrafında ümumiləşdirsək fikrimizdə , təəsüfki , yanılmadığımızı görərik.
Bu hadisələrdən ilki 2011-ci ildə bütün tanınmış qəzetlər və Reuters başda olmaqla informasiya agentliklərində“Fələstin UNESCO-ya baha başa gəldi” başlığı ilə yayımlanan xəbərdi.Beləki həmin dövrdən etibarən beynəlxalq ictimaiyyətdə dövlət olaraq tanınmaq üçün diplomatiya hücumuna başlayan Fələstin rəhbərliyinin UNESCO –ya tam üzvlük müraciəti qəbul edildi,bəli bu Fələstin üçün böyük uğur idi lakin sonrasında baş verənlər uğuru Filip qələbəsinə çevirdi.

İsrailin təşkilat nəzdindəki səfiri David Killionnun səs vermədən əvvəl "UNESCO elmlə məşğul olmalıdı; elmi-fantastika ilə deyil " sözləri sanki buna bir işarə idi. BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı YUNESKO-nun Parisdə toplanan Ümumi Yığıncağında 14 üzvün (ABŞ, Kanada,Niderland,AFR, və s. “demokratik” ölkələr) 'xeyr' səsinə baxmayaraq 107 ölkənin dəstəyi ilə Fələstini 195. ölkə olaraq qəbul etdi. 52 üzvün qatılmadığı səsvermənin nəticəsində Fələstin xarici işlər naziri Riyad əl-Maliki "Bu səsvermə Fələstin xalqına edilən ədalətsizliyin kiçicik bir hissəsini silməyə kömək olacaq" şərhini etdi. Lakin Türkiyənin və Ərəb Birliyi ilə birgə Afrika, Latın Amerika və Asiya ölkələrinin əksəriyyətinin dəstəyinə baxmayaraq səs vermədən sonra ABŞ xarici işlər naziri (həmçinin sülh danışıqlarında “vasitəçi”) Hillari Klinton, ABŞ və İsrailin reaksiyasına rəğmən Fələstini qəbul edən UNESCO büdcəsinin beşdə birini təşkil edən 80 milyon dollarlıq yardımları kəsdiklərini açıqladı.
İkinci mühüm hadisənin məğzini açıqlamaq üçün isə 31 dekabr 2014-cü il tarixdəki İsrailin ən böyük media orqanı olan Haaretz qəzetinin başlığına müraciət etsək yanılmarıq: “Abbasın uduzması: BMT Təhlükəsizlik Şurasında işğalı sona çatdırma təklifi rədd edildi”. Bəli düz oxuduz -işğalı sona çatdırma təklifi rədd edildi. Hətta İsrailin ən böyük mətbu orqanının belə işğal adlandırdığı hadisəni 1945-ci ildə bütün dünyada sülh təsis etmək üçün qurulan və bununla bağlı simvolik olaraq Birləşmiş Millətlər Təşkilatı adlandırılan ali qurumun Təhlükəsizlik Şurası dayandırmadan imtina etdi.Təxminlərin əksinə, səsvermə sonunda ABŞ-ın veto hüququndan istifadəsinə beləehtiyac qalmadı. Fələstinlilərin təklifinə yalnız 8 ölkə dəstək verərkən, ABŞ və Avstraliya qarşı çıxdı.Səs istifadə edən 15 ölkədən yerdə qalan beşi də bitərəf qalınca, təklifin qəbulu üçün lazım olan 9 səs toplana bilmədi. Dəstək verən ölkələr Fransa, Rusiya, Çin, Argentina, Çili, Çad, İordaniya və Lüksemburq oldu. İngiltərə, Cənubi Koreya, Litva, Ruanda və Nigeriya isə “bitərəf” qaldılar.
Bu iki hadisə özlüyündə nəinki Fələstin probleminin , ümumiyyətcə bütün diplomatik həllə ehtiyac duyan problemlərin beynəlxalq hüquq normaları çərçivəsində həlli mexanizmlərinin “ipinin” sadəcə olaraq barmaqla sayılacaq qədər az bəzi ölkələrin əlində oyuncaq olduğunu və öz maraqları uğrunda və maraqlarına uyğun şəkildə, çoxlu standartlar əsasında bu problemləri şəkilləndirməyə davam edəcəklərini sübut edir.
Yenə də sual oluna bilər “Bəs nəyə görə bu ölkələr müəyyən dövrlərdə Fələstinin müəyyən müvəqqəti uğurlar əldə etməsinə “göz yumullar”?” Cavab sadədi “Fələstinin uğurlarını Yaxın Şərq siyasi səhnəsində özləri üçün daimi istinadgah rolunu oynayan İsrailə qarşı zaman-zaman rıçaq kimi ,Fələstinidə bir növ Demoklesin qılıncı kimi istifadə edə bilmək üçün. Buna isə müxtəlif geo-siyasi səbəblər zərurət yaradır.İndiyə qədər məlum olan ən böyük səbəb isə ingilis TheGuardian qəzetinin EdwardSnowden'in ortaya çıxardığı gizli sənədlərə söykənərək verdiyi xəbərə görə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) 2008-ci ildə İsraili Amerikaya qarşı aqressiv cəsusluq edən üçüncü ölkə olaraq sıralamasıdır(ilk iki yeri müvafiq olaraq ÇXR və Rusiya tutur).

Tural Rüstəmov İslamazeri.az üçün

Qeyd edək ki, bu yazı MMDİB-nin təşkilatçılığı, İslamazeri.az-ın informasiya dəstəyilə təşkil edilmiş "Qüds günü məqalə müsabiqəsi"ndə iştirak edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.