haberL haberR

Fələstin XİN-i Libermanı məhkəməyə verir

Kateqoriya: Siyasət Yayımlama tarixi: 10.03.2015 16:41:31

Libermanın "Ərəblərin başı kəsilməlidir"- sözü ona baha başa gəlib

İslamazeri.az-ın "Fələstin" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, Fələstin Xarici İşlər Nazirliyi ərəb vətəndaşlarını hədəf alan və başları kəsilərək qətlə yetirilməsini istəyən İsrail Xarici İşlər Naziri Aviqdor Libermanın son açıqlamalarını pisləyib.

Martın 9-da nazirlik tərəfindən  məsələ ilə bağlı verilən bəyanatda ərəb müxalifətçilərinin başlarının baltayla ayrılmasını istəyən Liberman İŞİD-çi kimi qiymətləndirilib və Libermanın faşist düşüncəyə sahib olduğu qeyd olunub.

Törətdiyi cinayətlərə görə mühakimə olunması üçün işğal rejimi liderləri haqqında Beynəlxalq Cəza Məhkəməsinə göndəriləcək işlərdən birinin də Libermanın bəyanatları olacağını qeyd edən Fələstin Xarici İşlər Nazirliyi Libermanın nəzarətə alınmasını və boykot edilməsini istəyərək, İsrail Xarici İşlər Nazirinin bəşəriyyət üçün təhlükə olduğunu bildirib.

Bəyanatda beynəlxalq ictimaiyyətə müraciət edilərək, Fələstin xalqını sionist İsraildən qorumaq tələb olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.