haberL haberR

Fələstində hər gün 2 nəfər dünyasını dəyişir

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.11.2015 14:49:42

25 nəfər də qaz bombasının partlaması nəticəsində yanıb.

İslamazeri.az-ın "Press TV"-yə istinadən verdiyi məlumata əsasən, Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirib ki, oktyabr ayının əvvəlindən bəri hər gün Fələstində orta hesabla 2 insan ölüb, 200-dən çox insan isə İsrail rejimi tərəfindən yaralanıb (yaxud müxtəlif dərəcəli xəsarət alıb).

Açılamada bildirilib ki, Qəzza bölgəsinin blokadası və İordan çayının qərb sahillərində olan toqquşmalarda ən azı 89 fələstinli öldürülüb ki, onların içərisində 18 uşaq və 4 qadın olub. Bundan əlavə 1010 nəfər yaralanıb. 6500 fələstinli gözyaşardıcı qazdan 225 nəfər isə fiziki zərbələrdən əziyyət çəkiblər. Həmçinin səhiyyə nazirliyindən bildirilib ki, 25 nəfər qaz bombasının partlaması nəticəsində yanıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.