haberL haberR

Fələstindən son xəbərlər: İsrail evləri dağıdır, balıqçıları atəşə tutur

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 07.01.2016 15:58:39

İsrail rejimi fələstinlilərə qarşı təxribatlardan əl çəkmir

Bu gün səhər saatlarında sionist İsrail rejimi əsgərləri fələstinli balıqçılara hücum edib.

İslamazeri.az-ın FİM-ə istinadən verdiyi xəbərə görə, sionist əsgərləri Qəzza sahillərində fələstinli balıqçılara hecum ediblər. Onlar balıqçıların qayığlarına atəş açaraq onlardan birini məhv ediblər. Balıqçılar qayıqları təcili tərk etdiklərinə görə ölən və yaralanan olmayıb.

 

Bundan başqa sionist rejim İordan çayının qərb sahillərində fələstinlilərin evini dağıdıb. Bu barədə “Presstv” xəbər yayıb. Cəbəl Əlbaba məntəqəsində yerləşən 5 ev sionist əsgərləri və buldozerlər tərəfindən dağıdılıb. Sakinlər bu evlərin sökülməməsi barədə məhkəmə hökmü əldə etsələr də, İsrail rejimi buna məhəl qoymayıb.

 

Digər tərəfdən Fələstin prezidenti haqqlarından əl çəkməyəcəklərini bir daha bəyan edib. İslamazeri.az Fələstin KİV-ə istinadən bildirir ki, Mahmud Abbas son olaylarla əlaqədar olaraq deyib: “Biz öz haqqımızdan əl çəkməyəcəyik. Biz İsraillə vəziyyətimizin bu şəkildə qalmasına icaz verməyəcəyik. Biz müstəqil ölkə yaratmaq uğrunda səylərimizdən əl çəkməyəcəyik. İsrail bizə təcavüz edir və biz buna cavab verməyə qadir deyilik. Biz beynəlxalq təşkilatlardan yardım tələb edirik.”

 

Fotolar İsrail rejimi tərəfindən dağıdılan evlərin şəkilləridir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.