haberL haberR

Fələstin hərəkatlarından Səud şahzadəsinə sərt cavab

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 14.07.2016 14:42:51

Fələstinin islami müqavimət hərəkatlarından olan HƏMAS və "İslami Cihad" Səud şahzadəsinin açıqlamasına sərt cavab veriblər

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat və təhlükəsizlik naziri Türki Feysəl,  bir neçə gün öncə Parisdə İran əleyhinə "Free İran" adlı  konfransda HƏMAS və "İslami Cihad" təşkilatlarını "radikal" olaraq dəyərləndirərək, onları bölgənin əminamanlığını pozmaqda ittiham etmişdi.

İranın ərəblərin daxili məsələlərinə qarışmasına icazə verməyəcəyini deyən Feysəl  “İran, müxtəlif radikal qrupları dəstəkləməklə, bölgədə savaşın yaranmasına səbəb olub. İran inqilabı, bölgədə qarşıdurmaların sayının artmasına səbəb olub. İran, HƏMAS və “İslami Cihad” kimi Fələstin hərəkatlarını dəstəkləməklə, bölgədə hərc-mərclik yaradır.”, -deyə bildirib.

Fələstinin HƏMAS hərəkatı isə öz növbəsində, Feysəlin bu sözlərini məhkum edərək bildirib: “Şahzadə Feysəlin Parisdə təşkil olunmuş konfransda etdiyi çıxış, hərəkatımızı təhqir etmək və Fələstin müqavimətinə böhtan atmaqdır. Biz, bizə yönəlmiş "radikal" və əsassız iftiraları rədd edirik. HƏMAS-ın Fələstinin daxili bir hərəkat olması və işğalçı İsrail rejimi əleyhinə fəaliyyət göstərməsi hamıya məlumdur. Bizim fəaliyyətlərimiz tamamilə xalqımızın, Qüds və Əqsa məscidinin mənafeyinə görədir. Biz radikal düşüncə sahibi deyilik və islam ümməti ilə əlaqəmiz var. Tarix boyu, düşmənçilik və qarşıdurmalardan uzaq olmağa çalışmışıq. Bu sözləri, millətimizə və müqavimət hədəflərinə təhqir, İsrail  rejiminin müdafiəsi üçün yönəlmiş fikirlər hesab edirik.”

"İslami Cihad" təşkilatı da şahzadə Faysalın açıqlamasına cavab verib.

Hərəkat Faysalın açıqlamalarını Fələstin müqavimətini yox etmək istəyən bütün ərəb və İslam ölkələri paytaxtlarını sionistlərə açmaq istəyən İsrailin lehinə addım kimi dəyərləndirib.

"O kəslərə bunu bildiririk ki, əgər Fələstin və xalqının yanında durmursuzsa, ən az sionist rejimin yanında yer alaraq fələstinli qurbanları ittiham etməyin. Səudiyyənin müsəlman xalqı İsraillilərin Məkkə və Mədiniyə gəlmələrinə izin verməyəcək.", -deyə hərəkat qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.