haberL haberR

Fələstinli fəalın aclıq aksiyasının 71-ci günündə İsrail arxaya addım atdı

Kateqoriya: Hərbi Yayımlama tarixi: 26.08.2016 09:20:20

İsrail həbsxanalarında olan Fələstin vətəndaşı, 71 gündən sonra aclıq aksiyasını sonlandırıb

İslamazeri.az-ın “Əl Aləm”-ə istinadən verdiyi xəbərə əsasən, Fələstin vətəndaşı olan Bilal Kayd, saxlanılma müddətini daha 6 ay artırmaq qərarına etiraz olaraq aclıq aksiyasına start vermişdi.

İsrail rejiminin bu qərarına etiraz edən Kayd, bu yolla əleyhinə olan qanunsuz qərarın ləğv olunmasına nail olub. Belə ki, ona verilən əlavə həbs 3 ay azaldılıb və o, sentyabr ayının 12-si sərbəst buraxılacaq. Qeyd edək ki, fələstinli ictimai fəal bu ilin iyun ayının 13-ü sərbəst buraxılmalı idi, lakin İsrail tərəfi onun saxlanılma müddətini daha 6 ay artırmaq qərarına gəlmişdi. Bilal Kayd isə bu qərara 71 gün aclıq aksiyası ilə etiraz etmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.