haberL haberR

Fələstinlilər üçün yeni şəhər tikilir - Video

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 19.06.2016 23:09:10

Fələstində son on illər ərzində İordan çayının Qərb sahilində tikilən ilk yeni şəhərin tikintisi başa çatır

İslamazeri.az-ın “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, Fələstində son on illər ərzində İordan çayının Qərb sahilində tikilən ilk yeni şəhərin tikintisi demək olar ki, başa çatıb. 

“Təpələr” kimi tərcümə edilən Rəvabi şəhərinin tikintisi bir neçə il idi ki davam edirdi və bu günlərdə o öz ilk sakinlərini qəbul etməyə başlayıb.

Şəhər Qüdsdən 40 kilometr uzaqlıqda yerləşir, və siyasi münaqişələrə görə onun tikintisi dəfərlərlə dondurulurdu.

Hündür yaşayış binaları ilə və 12 min nəfərlik öz amfiteatrl ilə yanaşı, Rəvabi zəngin infrastrukturu – məktəbləri, ticarət mərkəzləri və sənaye zonası ilə öyünə bilər. Bundan əlavə şəhərdə məscid və kilsələrin də tikintisi davam etməkdədir.

“On illərlə davam edən qorxulu hadisə və faciələrdən sonra, biz biraz xoşbəxtçiliyə laiqik.”,  – deyə yeni şəhərin sakinlərində biri deyir.

Qeyd etmək lazımdır ki, hazırda şəhərin tikintisinə 1,2 milyard dollar qoyulub. Hazırda orada 250 ailə yaşayır, lakin yaxın illərdə onun əhalisi 60 min nəfərədək artmalıdır.

Fələstin Administrasiyasına tabe olacaq bu şəhərin virtual turu da təqdim olunub. Virtual Tur

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.