haberL haberR

Fəllucə əməliyyatlarında İŞİD-in azərbaycanlı qadın snayperi öldürüldü

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 25.05.2016 11:27:31

İraqın "Həşdi Şabi" könüllü dəstələri açıqlama yayıb

İslamazeri.az-ın İraq mediasına istinadən verdiyi xəbərə görə, "Həşdi Şabi" könüllü dəstələri İŞİD-in qadın snayperinin hərbi əməliyyat zamanı öldürüldüyünü açıqlayıb. Məlumata görə, öldürülən qadın snayper azərbaycanlıdır.

 İŞİD üçün snayperlik edən azərbaycanlı qadın terrorçu, dünən İraqın  "Həşdi Şabi" könüllü dəstələri tərəfindən Fəllucənin terrorçulardan təmizlənməsi üçün başladılan əməliyyat zamanı Fəllucənin 19 km yaxınlığında olan al-Karma məntəqəsində öldürülüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.