haberL haberR

Fəllucəni İŞİD-dən müdafiə etmək üçün xəndək qazılacaq

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 24.07.2016 21:34:47

Fəllucəni İŞİD-dən müdafiə etmək üçün İraq ordusu xəndək qazır

İslamazeri.az-ın İraq  mediasına istinadən verdiyi xəbərə əsasən, İraq hərbçiləri müdafiə məqsədi ilə, İŞİD terror təşkilatından azad edilimş Fəllucə şəhərini xəndəklə mühasirəyə alacaqlar. "Sumaria" telekanalı  hərbi komandirə istinadən bildirib. Xatırladaq ki, Ənbar əyalətində yerləşən bu şəhər iyun ayında terrorçulardan azad edilib. İŞİD-ə qarşı keçirilmiş əməliyyat ərzində şəhərdən təxminən 85 min nəfər qaçıb. BMT mütəxəssisləri gözləyirlər ki, sakinlər avqust ayı üşün Fəllucəyə geri dönəcəklər.

“Xəndək çoxlu faciələr yaşamış şəhər sakinlərini, və həmçinin orada yerləşdirilmiş güc strukturu əməkdaşlarını da mühafizə edəcək.”, – azad edilmə üzrə əməliyyatı komandanı Əbdül Vəhhab əs-Saadi bildirib.

12,5 metr dərinliyə sahib xəndəyin çəkilməsi zamanı giriş-çıxış üçün yalnız bir yol saxlanılacaq ki, bu da insan və maşınların hərəkətinə daha yaxşı nəzarət etməyə imkan verəcək.

Xatırladaq ki, terrorçular Fəllucədən İraq paytaxtı Bağdadda terror hücumları etmək üçün baza kimi istifadə edirdilər,  şəhərdən partlayıcı ilə doldurulmuş avtomobillər çıxırdı. Xəndəyin yaradılması üstündəki iş şəhərin artıq şimal və şimal-qərb hissəsində başlayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.