haberL haberR

Fəllucənin azad edilməsi İraqda İŞİD-in sonunu tezləşdirəcək

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 04.06.2016 12:05:14

Hərbçinin sözlərinə görə, əl-Fəllucə şəhərində radikal vəhhabilərin nümayəndələrinin mövqeləri güclü olub.

İslamAzeri.az-ın "Ria Novosti"-yə istinadən verdiyi xəbərə əsasən, İraq hərbi idarələrinin birgə əməliyyat qərargahının rəsmi nümayəndəsi, briqada generalı Yəhya Rəsul əz-Zubaydi bildirib ki, İraqın Fəllucə şəhəri terrorçular üçün mühümdür, onun alınması ilə ölkənin yerdə qalan ərazisi İŞİD terror qruplaşmasından daha tez sürətlə azad ediləcək.

“Fəllucənin azad edilməsindən sonra ölkənin yerdə qalan ərazilərini azad etmək qat-qat asan olacaq. Bu şəhər terrorçular arasında əlamətdar hesab edilir”, – deyə əz-Zubaydi bildirib.

Hərbçinin sözlərinə görə, əl-Fəllucə şəhərində radikal vəhhabilərin nümayəndələrinin mövqeləri güclü olub.

“Vəhhabilər bu şəhərdə çoxdan möhkələniblər. İslamın bu qoluna etiqad bəsləyən yerli şeyxlər bir sıra dövlətlərin əli ilə vətəndaşlıq institunu dəyişdiriblər”, – deyə əz-Zubəydi əlavə edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.