haberL haberR

Fergyuzon şəhərində aksiyalar davam edir

Kateqoriya: Hadisə Yayımlama tarixi: 27.11.2014 15:10:20

Missuri ştatının Fergyuzon şəhərində 400 nəfər həbs edilib.

İslamazeri.az-ın "TRT"- yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Missuri ştatının Fergyuzon şəhərində iğtişaşların 3-cü günündə şəhərdә və ətraf qəsəbələrdə 400 nəfər həbs edilib.
Qaradərili gəncin ölümündə təqsirləndirilən polis işçisinin cinayət məsuliyyətinə məhkəmə tərəfindən xitam verilməsindən sonra başlanan etirazlar Birləşmiş Ştatların bir neçə başqa şəhərlərinə də yayılıb. Boston, Nyu York, Los Angeles, Dallas, Atlanta və başqa şəhərlərdə etiraz aksiyaları keçirilib.

ABŞ-ın baş prokuroru Eric Holder vətəndaş haqları fəalları ilə görüşündə vəd edib ki, Fergyuzon şəhərində polisin rəftarı və davranışı ciddi şəkildə araşdırılacaq. Əsasən qaradərili əhalinin yaşadığı Fergyuzon şəhərində kütləvi iğtişaşlar zamanı onlarca bina yandırılıb və qarət halları baş verib. Missuri qubernatoru Jay Nixon-un göstәrişi ilә Ferguzon və ətraf qəsəbələrdə daxili qoşunların 2200 əsgəri yerləşdirilib. Mətbuat yazır ki, ABŞ-da qaradərili vətəndaşlarla polisin münasibətləri artıq bir neçə onillikdir ziddiyyətlərə səbəb olur. Bir çox qaradərili vətəndaş polis tərəfindən zorakı rəftara məruz qaldığını düşünür.

Prezident Barack Obama bu barədə ölçülüb-biçilmiş bəyanat verərək bildirib ki, ABŞ-da azlıqlar və polisin münasibətlərində həllini gözləyən problemlər mövcuddur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.