haberL haberR

Fətullah Gülən bu ölkədə siyasi sığınacaq tapa bilər - RƏSMİ

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.08.2016 10:56:04

Baş nazir müraciət ediləcəyi təqdirdə bu müraciətin dəyərləndiriləcəyini bildirib.

İslamazeri.az-ın  "on4haber"-ə istinadən verdiyi xəbərə görə, Fətullah Gülən Misirdə siyasi sığınacaq tapa bilər. Belə ki, son həftələr Misir televiziyalarında FETÖ-çuların tez-tez Ərdoğan hökuməti əleyhinə çıxışlar etdiyi görülür.

Misir prezidenti Əbdülfəttah Sisi Misirdə hərbi çevriliş edərək Məhəmməd Mursini devirib hakimiyyətə gəlməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu siyasi prosesi tənqid etməsi və Sisini qiyamçı, Mursini isə seçilmiş, qanuni prezident adlandırmasından sonra Misirlə Türkiyə arasında soyuq küləklər əsməkdədir. İki ölkə arasında siyasi münasibətlər hələ də qaydaya düşməyib.

Bütün bu hadisələrin fonunda Misirin rəsmi xəbər agentliyi olan MENA-nın xəbərinə görə, Misir baş naziri Şərif İsmayıl müraciət ediləcəyi təqdirdə Fətullah Gülən və tərəfdarlarına Misirdə siyasi sığınacaq verilə biləcəyini bildirib: "Belə bir müraciət olarsa, bu dəyərləndiriləcək."

Qeyd edək ki, müxtəlif xəbərlərdə Sisinin başçılığındakı Misir hökumətinin 15-16 iyul tarixindəki Türkiyə hərbi çevriliş cəhdi zamanı çevrilişçilərə dəstək olduqları da iddia olunur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.