haberL haberR

Fətullah Gülənə aid məktəbdə gizli tunellər - VİDEO

Kateqoriya: Dünya Yayımlama tarixi: 06.08.2016 12:00:41

Araşdırma aparan polislər məktəbin binasında da xeyli qəribəliklər aşkar ediblər.

15 iyul çevriliş cəhdindən sonra, Fətullah Gülən terror təşkilatı ilə əlaqəsi olduğu düşünülərək bağlanılan məktəblərdən birində tunel tapılıb. 

1Xəbər.com bildirir ki, tunel məktəbi məscid və yeməkxana ilə birləşdirir. Təxminən, 2 metr hündürlüyü, 1 metr eni və 200 
metr uzunluğu olan tunelin hansı məqsədlə qazıldığı hələlik məlum deyil. 

Araşdırma aparan polislər məktəbin binasında da xeyli qəribəliklər aşkar ediblər. Belə ki, məktəb binasının 5 və 6-cı mərtəbələrinə sadəcə liftlə çıxmağın mümkün olduğu müşahidə edilib. Bu mərtəbələrdə xüsusi iclas otaqları, hotel otaqlarına bənzəyən yerlər mövcuddur. Lift yalnız bu mərtəbələrə qalxır, digər mərtəbələrdə isə liftin görünməməsi üçün iri güzgülər düzülüb.

Qeyd edək ki, həmin məktəbin həyətində yerləşən, ancaq kitabxana kimi fəaliyyət göstərən məscid dünən ibadət üçün açılmışdı. Məscidə "15 iyul şəhidlər məscidi” adı verilmişdi. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.