haberL haberR

"Fevral ayındakı kəskin devalivasiya kimi addımın atılması məntiqli olmaz" (Münasibət)

Kateqoriya: Münasibət Yayımlama tarixi: 21.08.2015 14:58:47

"Neftin qiyməti aşağı səviyyədə qalarsa Azərbaycan hökuməti və Mərkəzi Bank məcburən manatın məzənnəsində dəyişikliklər etmək üçün addımlar atacaq."

Bu “qara qızıl”ın satış tarixində 1986-cı ildən bəri görülməmiş hadisə baş verib. Azərbaycanın dünya bazarında brent markalı neftinin qiyməti 0,94 % ucuzlaşaraq 1 barelə üçün 46,18 dollar, WTI markalı neftin qiyməti isə 1,02 % ucuzlaşaraq 40,19 dollara enib. Azərbaycan manatının neftdən asılı olduğunu nəzərə alsaq növbəti devalvasiyanın baş tutacağı və ölkə iqtisadiyyatında dəyişikliklərin qaçılmaz olduğu söylənilə bilər.

Mövzu ilə əlaqədar İslamazeri.az saytına iqtisadçı ekspert Natiq Cəfərli açıqlama verib. 

"Əslində, Azərbaycan iqtisadiyyatı, təəssüf ki, birinci devalivasiyanı hələ həzm edib bitirə bilməyib. Çünki hökumət, devalivasiyanın nəticələrinin qarşısını inzibati yollarla almağa çalışdı. Bu isə Azərabycan iqtisadiyyatında daha ciddi fəsadlar törətdi. Və artıq indi yenidən birinci devalivasiyanın nəticələri özünü biruzə verir. Qiymətlərdə ciddi artım görünür. Hiss olunacaq dərəcədə artımlar var. Bu isə birinci devalivasiyanın nəticələrinin, özünü iqtisadiyyatda hələ də tam biruzə verməməsilə bağlı idi. İndiki dövrdə Azərbaycan rəsmilərinin özünün də bildirdiyinə görə neftin qiyməti ilə manatın gələcək taleyi arasında ciddi asılılıq var. Yəni, bunu maliyyə naziri də, Mərkəzi Bankın rəhbəri də dəfələrlə qeyd etmişdilər ki, neftin qiyməti kəskin aşağı düşdükcə Azərbaycan manatına da basqılar artacaq. Görünən odur ki, cəmi 2 ay əvvəl 68 dollara qalxan Azərbaycan neftində, yenidən 47-48 dollara qədər kəskin şəkildə ucuzlaşma baş verib. Təbii ki, bu, ölkəyə valyuta daxil olmalarını da, kəskin şəkildə azaldır və manata basqılarını artırır. Çox güman ki, bir müddət belə davam etsə və neftin qiyməti aşağı səviyyədə qalsa, Azərbaycan hökuməti və Mərkəzi Bank, məcburən, manatın məzənnəsində dəyişikliklər etmək üçün addımlar atacaq. Düşünürəm ki, fevral ayındakı kəskin devalivasiya, yəni, 35%-lik devalivasiya kimi, birdən birə belə bir addım atılması məntiqli olmazdı. Hökumət belə bir addım atmağa çəkinər. Çünki, mənim gözləntim ondan ibarətdir ki, addım-addım da olsa, yəni hər həftə, hər iki həftədən bir, yüngülvari, kursda dəyişiklik etməklə, manatın məzənnəsini ilin sonuna qədər dollar qarşısında zəiflətməyə çalışacaqlar və bunu kəskin addımlarla etməməyə çalışacaqlar. Amma buna nə qədər nail olacaqlar. Bunu demək indidən çətindir, amma bu dəqiqdir ki, indiki nə neft qiymətləri, nə də manatın gələcəkdə devalivasiya olunmama ehtimalı "0"-a bərabərdir. Yəni, mütləq devalivasiya olacaq. Amma hansı səviyyələrdə olacağı, dediyim kimi, hökumətin verdiyi qərardan asılı olacaq".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.